Naxçıvanda I rübdə sahibkarlara 7 lisenziya verilib

Bu ilin I rübü ərzində özəl sektorun inkişafı, Naxçıvan məhsullarının ixrac imkanlarının genişləndirilməsi istiqamətində sahibkarlara 74 mənşə sertifikatı, 7 lisenziya verilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 1 991 icazə reyestrdə qeydiyyata alınıb.
Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,6 dəfə artıb.
"Cebheinfo.az"