"Qarabağ" Şahruddini geri qaytardı

"Qarabağ" Şahruddini geri qaytardı

"Qarabağ" klubu yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

"Cebhe.info" xəbər verir ki, komanda qapıçı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib.

Klubla 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçumuz 2025-ci ilin yayına qədər Ağdam klubunda çıxış edəcək. Məhəmmədəliyev 2016-23-cü illərdə "Qarabağ"ın formasını geyinib.

O, 2023-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Şahrudin komandada 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, klubun yeni qapıçısı Azərbaycan milli komandasında 29 oyun keçirib.

Naibə
"Cebhe.info"