Rusiyalı boksçu çempion oldu

Tokio Olimpiadasında gümüş medal qazanan rusiyalı boksçu Müslüm Hacımaqomedov 101,6 kq çəki dərəcəsində Dünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə dünya çempionu adını qazanıb.
"Cebhe.info" xəbər verir ki, Moskva yaxınlığındakı Serpuxov şəhərində keçirilən IBA Çempionlar Gecəsində Hacımaqomedov çinli Zhaoxin Zhang üzərində qələbə qazanıb.
Bu arada Rusiya Olimpiya çempionu Albert Batırqaziyev 58,9 kq çəki dərəcəsində irlandiyalı Jono Carrolla qalib gələrək WBA versiyası üzrə müvəqqəti dünya çempionu titulunu qazanıb.
Nigar Hacılı
"Cebhe.info"