Azərbaycanda 10 ayda 73 yeni dövlət standartı qəbul edilib

Azərbaycanda 10 ayda 73 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 73 yeni dövlət standartı qəbul edib.

“Report” bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, bunun 38-i aqrar və qida, 5-i ekologiya, 3-ü kosmetika, 3-ü neft-kimya sənayesi, 4-ü ağır sənaye-maşınqayırma, 8-i tikinti materialları, 3-ü qiymətli metallar və daşlar, 1-ü idarəetmə sistemləri, 2-si təşkilati və metodoloji sahə, 3-ü tibb, 1-i mebel sənayesi, 1-i yüngül sənaye, 1-i isə elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya üzrə qəbul olunub.

Bundan başqa, hesabat dövründə dövlət standartının dövrü yoxlanılması aparılıb və yaxud onlara dəyişikliklər edilib, 51 dövlət standartı isə ləğv olunub.

Eyni zamanda sahibkarların sifarişi əsasında 144 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

Cebhe.info