Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 % artıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə 5585,8 milyon manat dəyərində ödənişli xidmət göstərilib.

Bu barədə Bakı Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9 % çoxdur.

Doqquz ayda hüquqi şəxslər tərəfindən əhaliyə 5189,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 92,9 %-ni təşkil edib.

"Cebheinfo.az"