Nazirlikdən qiymət artımı ilə bağlı açıqlama

Nazirlikdən qiymət artımı ilə bağlı açıqlama

“Bu gün dünyada qlobal bahalaşma var. Bu da ölkədə ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olur”.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi nazirlik qiymət artımının qarşısını almağa çalışır.

"5 il ərzində kənd təsərrüfatı sahəsində suvarma probleminin aradan qaldırılması üçün mühüm pilot layihələr var. İlkin olaraq biz suvarma ilə əlaqədar 23 min 500 hektar müəyyənləşdirmişik. Daha sonra beş il ərzində bunun 200 min hektara çatdırılmasını hədəfləyirik. Bu da çox maliyyə tələb edir. Bu layihəyə ayrılan vəsait bir milyard manatdır. Hesab edirəm ki, su qıtlığı yaşayan ölkə olaraq bu, böyük layihədir”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Cebhe.info