Rusiya və Azərbaycan saziş imzalamağı planlaşdırır

Rusiya və Azərbaycan saziş imzalamağı planlaşdırır

Rusiya və Azərbaycan 2023-cü ilin sonuna qədər Rəşt-Astara dəmir yolunun hissəsinin tikintisinə dair saziş imzalamağı planlaşdırır.

Bu barədə Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov bildirib.

"Bu ilin sonuna kimi biz Azərbaycanla analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut yükdaşımalarının əlavə artımı ilə tam istifadəyə veriləcək, başlanğıc üçün - ildə 15 milyon ton yük. Bunlar iddialı planlardır, lakin onlar həyata keçirilir”, - deyə o qeyd edib.

Cebhe.info