Böyük Çin səddi ilə bağlı yeni tədqiqat: Türk tayfalarında qadınların yerini üzə çıxarıb

Böyük Çin səddi Hun tayfasının basqınlarından qorunmaq üçün tikilib.
Cebhe.info xəbər verir ki, bu barədə “Daily Mail” yazıb. Nəşr yazır ki, indiki Monqolustan ərazisində tapılan qalıqların təhlili əsasında alimlər tayfada qadınların mühüm rol oynadığını müəyyən ediblər.
Hunlar eramızdan əvvəl 209-cu ildən eramızın birinci əsrinin sonuna qədər Asiyanın böyük hissəsinə nəzarət edib. Onlar Çinin əsas rəqibi idi. Roma, İran, Misir ilə ticarət şəbəkəsi yaratmış və dünyada döyşükən tayfa kimi tanınmışdılar.
Çinlilər bu səddə Çan Çançen deyirlər.
Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdi. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılıb.
Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan qədim türklərin qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikiblər.
Səddin tikintisi ayrı-ayrı hissələrə bölünmüşdü və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tikirdi. İmperator Çin-Şi-Xuandi tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırıb. Men-Tyan isə tikintini vaxtında, yəni on il müddətinə tikib başa çatdırmaq üçün 350 min əsgəri və yüz minlərlə mülki adamı işə cəlb edib. Mülki adamların içərisində şəhərli ustalar, əkinçi kəndlilər və on minlərlə həbsxana məhkumları vardı.
Xəzər
Cebhe.info