Bu uşaqların IQ səviyyəsi azdır - ARAŞDIRMA

İspan alimləri heyrətamiz nəticəyə gəliblər.
“Cebheinfo.az” “Gazeta.ru”-ya istinadən yazır ki, İspaniyanın Rovira və Virgil universitetlərinin mütəxəssisləri körpəlikdə ana südü ilə qidalanma uşaqların idrak qabiliyyətlərinə müsbət təsir göstərdiyini müəyyən ediblər.
Alimlər 4-5 yaş arası 613 uşağın məlumatlarını tədqiq ediblər.
Uşaqların psixi müayinəsi də aparılıb. Müəyyən edilib ki, bir aydan səkkiz aya qədər ana südü ilə qidalanan uşaqlar ana südü ilə qidalanmayan həmyaşıdları ilə müqayisədə bir neçə koqnitiv qabiliyyət ölçüləri üzrə daha yaxşı performans göstərmişlər.
Həmçinin, ana südü qəbul edənlərin daha yüksək IQ və daha yaxşı yaddaşı olub.
Əvvəllər aşkar edilmişdi ki, “fast food” IQ səviyyəsini aşağı salır.
Xəzər
“Cebheinfo.az”