Maskin 12-ci övladı doğulub

Maskin 12-ci övladı doğulub

Planetin ən zəngin insanlarından biri, amerikalı iş adamı İlon Mask 12-ci dəfə ata olub. 

“Cebhe.info” xəbər verir ki, milyarderin yeni varisinin doğulması barədə öz mənbələrinə istinadən “Bloomberg” məlumat yayıb.

Nəşr qeyd edir ki, Mask son beş ildə altı uşaq atasına çevrilib və onun ümumilikdə 12 övladı var. Üç uşağı müğənni Qrayms, daha üç uşağı isə “Neuralink”-in top meneceri Siobhan Zilis dünyaya gətirib.

Məlumatda deyilir ki, Maskın korporativ həmkarı həm də hələ ictimaiyyətə məlum olmayan 12-ci uşağının anası olub. Mənbələrə görə, Zilis 2024-cü ildə Maskın övladını dünyaya gətirib. Bu, onların sayca  üçüncü övladı olub.

Xatırladaq ki, Mask 2021-ci ildə aşağı doğum nisbətlərinin “sivilizasiya üçün ən böyük risklərdən biri” olduğunu demişdi.

Xəzər
“Cebhe.info”