Hadisə ilə birlikdə serialda o rol alacaq - FOTOLAR

Hadisə ilə birlikdə serialda o rol alacaq - FOTOLAR

Bir müddət əvvəl türkiyəli müğənni Hadisənin serialda rol alacağı barədə xəbər vermişdik. 

Türkiyə mətbuatının məlumatına görə, GAİN-də yayımlanacaq “Esas oğlan” serialının çəkilişləri iyulun ikinci həftəsində başlayacaq.

İstanbulda çəkiləcək 8 seriyalı romantik komediya serialında Seda Bakan “Selma”, Hadisə isə “Ceren” obrazını canlandıracaq.

Ekran işində Cerenin ortağı Merti isə İlhan Şen canlandıracaq. Serialın 8 iyul - 16 avqust tarixləri arasında tamamlanması planlaşdırılır.

Qeyd edək ki, Hadisə 8 bölümlük serialdan 10 milyon TL (527 000 manat) qazanacaq.

"Cebhe.info"