Əli Mirəliyev 15 min xərclədiyini deyən müğənniyə: "Soğan-çörək yeyir"

Əli Mirəliyev 15 min xərclədiyini deyən müğənniyə: "Soğan-çörək yeyir"

Müğənni Nərmin Əhməd açıqlaması ilə gündəm olub.

"Xəbərin var?" verilişində qonaq olan sənətçi aylıq xərcinin 15 min manatdan çox olduğunu bildirib. O, uşağının bir ay üçün 5 min, özünün isə 10 min manat xərci olduğunu açıqlayıb. Bu studiyada xeyli müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı sənətçi Əli Mirəliyev “Cebhe.info”-ya açıqlamasında deyib ki, müğənninin səsləndirdiyi fikir həqiqəti əks ətdirə bilməz: 

“Son vaxtlar televiziyalarda müğənnilər yalandan danışırlar ki, aylıq xərcləri 10-20 min arasıdır. Lakin belə deyil. Ayda bir neçə toya gedən ifaçı necə aylıq bu qədər vəsaiti toplaya bilər? Əlbəttə ki, yalan danışırlar! Məgər siz Alla Puqaçovasız? Yoxsa Zeynəb Xanlarova? Haradan belə qazana bilərsiniz? Heç yerdən. Dedikləriniz tam yalandır”. 

Ə.Mirəliyev qeyd edib ki, bahalı həyatdan danışan əksər müğənnilər kasıb həyat tərzi sürürlər:

“Bu gün efirlərdə böyük-böyük danışan müğənnilərin əksəriyyəti acından ölənlərdir. Hətta mən deyərdim ki, çoxu soğan-çörək yeyir. Dəfələrlə şahidi olmuşam. Heç onları toya dəvət də etmirlər. Sadəcə reytinq xətrinə belə yalan danışırlar ki, sabah toya dəvət alanda daha yuxarı qiymət danışsınlar. Ancaq onları çağırmaq əvəzinə, xaricdən daha yaxşı müğənni gətirməyə üstünlük verirlər”. 

Həsən Məmmədov 
“Cebhe.info”