Restoranlarda pulsuz yemək üçün maraqlı üsül

Restoranlarda pulsuz yemək üçün maraqlı üsül

Hindistanda bir cütlük getdikləri bahalı restoranlarda hesabı ödəməmək üçün maraqlı üsuldan istifadə edir.

Belə ki, onlar getdikləri restorana özləri ilə milçək aparırlar, qəsdən qabın içinə atırlar, sonra isə ofisiantı çağırırlar və qalmaqal yaradırlar. Sonra da yeməyin pulunu ödəmədən müəssisəni tərk edirlər. 

“Cebhe.info” “Gazeta.ru”-ya istinadən xəbər verir ki, cütlüyün bu əməllərini Udit Bhandari adlı şəxs ifşa edib. O bildirib ki, onlar bunu əyləncə xatirinə edirlər, çünki onların pulları var: "Onlar bir neçə dəfə Dehlidəki beşulduzlu restoranlarda nahar etməyə gediblər və özləri ilə artıq hərəkət etməyən bir milçək gətiriblər".
 
Sosial şəbəkə istifadəçiləri cütlüyün bu hərəkətini pisləyib və geniş təbliğat sayəsində günahkarların cəzalandırılacağına ümid etdiklərini deyiblər. 

Həsən Məmmədov 
“Cebhe.info”