Məşhur müğənni Serdar Ortaça belə dəstək oldu

Məşhur türkiyəli sənətçi Sezen Aksu uzun müddətdir MS (Dağınıq skleroz) xəstəliyi ilə mübarizə aparan müğənni Serdar Ortaça böyük bir sürpriz edib.
"Cebheinfo.az" xəbər verir ki, Sezen Aksu sənətçi dostuna kömək əlini uzadıb və ona mahnı hədiyyə edib.
Çətin anlar yaşayan və uzun müddət səhnələrdən uzaq qalaraq musiqi karyerasına ara verən Ortaça mənəvi dəstək vermək istəyən Sezen Aksu ona 3 mahnı təqdim edib.
Sezen Aksu "O, türk musiqisi üçün çox dəyərlidir" deyib.
Qeyd edək ki, son zamanlar Serdar Ortaç qeyri-qanuni mərc oyunlarını reklam və təşviq etməkdə ittiham edilib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"