Yerimək faydalıdır: Amma necə?

Yerimək faydalıdır: Amma necə?

Yapon alimlərinin araşdırmasına görə, yerimə sürəti insanların 80 yaşa qədər yaşama ehtimalını təyin edən mühüm göstəricidir.

"Cebhe.info" xəbər verir ki, araşdırmaya görə, 70-80 yaş arası fərdlər gəncliklərində olduğu kimi sürətli yeriyə bilirlərsə, onların 80-90 yaşa qədər yaşama şansları kifayət qədər yüksək olur.

On illik araşdırmanın sonunda bu insanların yerimə sürətinin orta hesabla 7,5% artdığı müşahidə edilib.

Alimlər bildirirlər ki, 60-70 yaş arası insanlar saniyədə təqribən 2 metr sürətlə yeriyə bilsələr, uzun ömürlü olma şansının demək olar ki, 100%-dir.

Alimlər gündə ən azı bir saat yarım təmiz havada gəzməyin və sürətli yerimə tempini qorumağın ürək və qan damarlarını məşq etdirməsinə yardımçı olduğunu vurğulayırlar.

Naibə
"Cebhe.info"