“Hudutsuz Sevda”dan erkən mövsüm finalı

“Hudutsuz Sevda”dan erkən mövsüm finalı

Türkiyənin “Now TV” telekanalının iddialı seriallarından “Hudutsuz Sevda” ilə bağlı flaş qərar verilib.

“Cebheinfo.az” xəbər verir ki, ekran işi gözləniləndən erkən mövsümü qapadacaq.

Buna səbəb layihənin reklam gəlirlərinin aşağı düşməsidir. Buna görə də serial 3 həftə sonra sezonu tamamlayacaq. Daha dəqiq desək, “Hudutsuz Sevda” 63-cü bölümü ilə mövsüm finalı edəcək. Ekran işinin yeni mövsümündə isə bir çox dəyişikliklərin olacağı deyilir.

Elmir
“Cebheinfo.az”