“Muro” yeni serialda

Türkiyəli məşhur aktyor Mustafa Üstündağın yeni layihəsi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, təcrübəli aktyor yeni başlayacaq “Deha” serialında rol alacaq.
Sentyabr ayında “Show” telekanalında başlayacaq ekran işində Aras Bulut İynemli, Zuhal Gencer Erkaya, Devrim Özkan, Umutcan Ütebay, Onur Saylak və Taner Ölməz rol alacaq.
Qeyd edək ki, Mustafa Üstündağ “Kurtlar Vadisi Pusu”da canlandırdığı “Muro” obrazı ilə milyonlarla insanın sevgisini qazanıb. O, həmçinin “Eşkıya Dünyaya Hükümdar Olmaz” və “Ben Bu Cihana Sığmazam” kimi iddialı layihələrdə də çəkilib.
Elmir Mustafa
“Cebheinfo.az”