Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi münasibətilə konsert
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Tavriya sarayının Günbəzli zalında müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qala-konsert keçirilib.
Bu barədə Diaspora üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun və Tavriya sarayı administrasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğunun, Azərbaycan diasporunun, yerli dövlət orqanlarının və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Konsert zamanı Azərbaycanın xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Leninqrad vilayətinin Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan, rus və xarici bəstəkarların klassik əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Əsərləri Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova, Regina Rüstəmova, Mariinsk Teatrının solistləri Məhərrəm Hüseynov və Həmid Abdulov ifa ediblər.
Konsert böyük maraqla və alqışlarla qarşılanıb.
Cebhe.info