Deputat: “Sülhün əleyhinə olanlar...”

Deputat: “Sülhün əleyhinə olanlar...”

“Vaxtilə sülhün əleyhinə olanlar, Azərbaycanın əleyhinə fəaliyyət göstərənlər, Ermənistana silah göndərənlər bu gün Azərbaycanın mövqeyini Konqresdə müdafiə edir”. 

“Cebhe.info” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü iclasında deyib. Deputat əlavə edib ki, bu, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir: 

“Bu gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Bakıda sülhdən danışır. Bütün bunlar Prezident İlham Əliyevin Mərkəzi Asiya siyasətinin verdiyi nəticələrdir”. 

Vilayət Muxtar 
“Cebhe.info”