İran səfiri: "Azərbaycan təhdid dilində danışmamalıdır"

İran səfiri: "Azərbaycan təhdid dilində danışmamalıdır"

İyunun 28-də İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani jurnalistlərlə görüşüb.

"Cebhe.info" erməni mətbuatına istinadən xəbər verir ki, o, "Azərbaycanın Ermənistana qarşı mümkün təcavüzü halında İranın reaksiyası necə olacaq və Tehranın hansı addımlara əl atacaq?" sualına belə cavab verib:

“Söhbət sülh dialoqundan gedirsə, onlar (Azərbaycan-red.) təhdid dilində danışmamalıdırlar. Ermənistanla əməkdaşlığımızın formasına gəlincə, bu, Ermənistan Respublikasının hökumətindən asılıdır. Biz qarşılıqlı qavrayışlara əsaslanaraq hazır olduğumuzu bildirdik. Biz Ermənistanla bütün sahələrdə əməkdaşlığa hazırıq”.

Xəzər

"Cebhe.info"