ABŞ ermənilərə göndərilən humanitar yükü artırmağa çağırıb

ABŞ ermənilərə göndərilən humanitar yükü artırmağa çağırıb

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı danışıqlara başlamağa, Dağlıq Qarabağa yüklərin çatdırılmasının əsas marşrutları olan Laçın və Ağdam yolu boyunca humanitar yardımı artırmağa çağırıb.

Cebhe.info xəbər verir ki, dövlət katibi Entoni Blinkenin adından Dövlət Departamentinin yaydığı bəyanatda qeyd edilib ki, ABŞ Prezident İlham Əliyevlə bu yaxınlarda müzakirə edilən humanitar yüklərin Laçın və Ağdam yolu ilə Qarabağa eyni vaxtda göndərilməsini alqışlayır.

“Çox ehtiyac duyulan ləvazimatların bu tədarükü irəliyə doğru atılmış mühüm addımdır və biz tərəfləri birbaşa danışıqlara başlamağa və region xalqlarına humanitar yardım axınını artırmaq yollarına diqqət yetirməyə çağırırıq. Birləşmiş Ştatlar uzun müddətdir mövcud olan problemlərin həlli, layiqli və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanın səylərini dəstəkləməyə sadiqdir”.

Xəzər
Cebhe.info