Deputatlar Şimali Kiprə səfər edəcəklər

Deputatlar Şimali Kiprə səfər edəcəklər

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev və deputat Vüqar Rəhimzadə mayın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə səfər edəcəklər. 

"Cebheinfo.az"-a bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, deputatlar səfər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.

Səfər mayın 10-da başa çatacaq.

Vilayət Muxtar
"Cebheinfo.az"