“Heç bir şeyin yoxdursa, niyə evlənirsən?” - VİDEO

“Heç bir şeyin yoxdursa, niyə evlənirsən?” - VİDEO

Məşhur türkiyəli müğənni Hülya Avşarın ondan əkiz körpəsi üçün beşik istəyən şəxslə dialoqu müzakirələrə səbəb olub.

“Qafqazinfo” “Haberler.com”a istinadən xəbər verir ki, həmin şəxs müğənnidən beşik almaq üçün kömək istəyib.

Avşar isə “Heç bir şeyin yoxdursa, niyə evlənirsən?” cavabını verib. Müğənni daha sonra bildirib ki, nə vaxtsa yenə qarşılaşsalar, o zaman, bəlkə, kömək edə bilər.

Sosial şəbəkə istifadəçilərindən bəziləri sənətçini sərt şəkildə tənqid edərək “Həmişə olduğu kimi üzündən təkəbbür və nifrət yağır”, digərləri isə “Düz deyib. İnsan əvvəlcə öz üzərinə düşən məsuliyyəti dərk etməlidir” şərhlərini yazıblar.

"Cebheinfo.az"