Hadisə də o sənədə imza atdı

Hadisə də o sənədə imza atdı

Keçmiş illərdə Avroviziya Mahnı Müsabiqəsində iştirak etmiş 70-dən çox müğənni, musiqiçi və bəstəkar İsrailin yarışmadan kənarlaşdırılması tələbini irəli sürüb. 

“Cebheinfo.az” xəbər verir ki, Böyük Britaniya mərkəzli Fələstin üçün Sənətçilər Qrupu tərəfindən yayımlanan məktubda imza atanlar yarışmanın iştirakçısı olan İsrailin dövlət yayımçısı KAN-ın "Qəzzadakı soyqırımda şərik olduğu" səbəbi ilə Avropa Yayım Birliyindən (EBU) üzvlükdən çıxarılmasını istəyiblər. 

Məktubu imzalayanlar arasında Türkiyəni 2009-cu ildə müsabiqədə təmsil edən müğənni Hadisə Açıkgöz də yer alıb. Məktub rəsmi olaraq Avropa Yayım Birliyinə təqdim edilib. Məktubda "Musiqinin birləşdirici gücünə inanırıq", – deyə vurğulanıb. Eyni zamanda, musiqinin insanlığa qarşı törədilən cinayətləri ört-basdır etmək üçün vasitə kimi istifadəsinin narahatedici olduğu bildirilib: 

"Ötən il İsrailin Qəzzada canlı yayım zamanı soyqırım həyata keçirdiyi halda, EBU-nun ona müsabiqədə iştirak icazəsi verməsi bizi şoka saldı. Bu qərarın nəticələri fəlakətli oldu". Məktubda EBU-ya sərt tənqidlər yönəldilib və 2024-cü il Eurovision-un tarixdəki ən siyasiləşmiş və xaotik müsabiqə olduğu bildirilib. Dünyada avtoritar rejimlərin və ifrat sağçı qüvvələrin yüksəldiyi bir dövrdə sənətçilərin səssiz qalmamalı olduğu vurğulanıb: 

"Səssizlik bir seçim deyil. Buna görə də biz EBU-nun İsrailin soyqırıma şəriklik etməsinə son qoyması üçün birləşirik. EBU İsrailə müsabiqədə iştirak icazəsi verərək onun törətdiyi cinayətləri ağlayır və onları normallaşdırır. 2022-ci ildə Rusiyanı yarışmadan çıxarmaqla EBU-nun sanksiya tətbiq etmək gücünün olduğunu göstərmişdi. İsrailə qarşı tətbiq edilən bu ikili standartı qəbul etmirik. Bu ilin iştirakçıları ilə həmrəy olduğumuzu bildirir və EBU-nun məsuliyyətdən yayınmasını qətiyyətlə qınayırıq". 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”