Türkiyə Hindistanın hücumunu pisləyib

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi Hindistanın son hücumunun genişmiqyaslı müharibəyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
"Cebheinfo.az" xəbər verir ki, nazirliyin rəsmi açıqlamasında bu barədə deyilir. Bildirilir ki, hücum mülki şəxslər və mülki infrastrukturu hədəf alıb. Yazılı açıqlamada belə hərəkətlərin təxribat xarakterli olduğu və açıq şəkildə pisləndiyi bildirilib.
Türkiyə tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə və birtərəfli addımlardan çəkinməyə çağırıb. Nazirlik Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyir.
Açıqlamada Hindistanın hava hücumlarının regional sabitliyi təhdid etdiyi vurğulanıb:"Hindistanın ötən gecəki hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki əhalini və mülki infrastrukturu hədəf alan bu cür təxribat xarakterli addımları və hücumları pisləyirik”.
Türkiyə Pakistanın aprelin 22-də baş vermiş terror aktının araşdırılması çağırışını dəstəkləyib. Nazirlikdən bildirilib ki, bu çağırış nəzərə alınmalıdır. Bəyanatda terrorla mübarizədə şəffaflığın və əməkdaşlığın vacibliyi vurğulanıb.
Nigar Hacılı
"Cebheinfo.az"