Erməni deputatlar ağızlarına su alıb 5 saat oturdular

“Hakim “Vətəndaş sazişi” Partiyasının parlament fraksiyasının üzvləri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının dinləməyə çağırılmış keçmiş rəisi Onik Qasparyanı sakitcə dinləyib, ona 44 günlük müharibə ilə bağlı heç bir siyasi sual verməyiblər.
Hətta Baş nazir Nikol Paşinyanın istefasını niyə tələb etdiyini də ondan soruşmayıblar”.
Cebhe.info xəbər verir ki, “Joqovurd” qəzeti öz mənbələrinə istinadən belə yazır.
Bildirilir ki, əvəzində “Vətəndaş sazişi”nin deputatları ağızlarına su alaraq 5 saat Onik Qasparyanın çıxışına qulaq asıblar və sual-cavab zamanı müharibə ilə bağlı bəzi suallar veriblər. Suallar əsasən məğlubiyyətin kimin günahı olmasıyla bağlı olub:
“Etibarlı mənbələrimizin məlumatına görə, Onik Qasparyana Nikol Paşinyanın “Biz 44 günlük müharibədə uduzduq, çünki orduda “beşinci kolon” fəaliyyət göstərirdi. Bu, bir sıra faktların təhlili nəticəsində qənaətimdir. Yəni söhbət xarici təhrikli daxili intriqalardan gedir” açıqlaması ilə bağlı sual verilib. Lakin deputatlar isə istədikləri cavabı eşitməyiblər”.
Parlament komissiyasına növbəti çağırılacaq şəxs keçmiş Baş Qərargah rəisi Artak Davtyan olacaq.
Xəzər
Cebhe.info