Erməni jurnalist: “Azərbaycanlılar Lələkənddəki torpağı əkib becərirlər”

Erməni jurnalist: “Azərbaycanlılar Lələkənddəki torpağı əkib becərirlər”

“Azərbaycanlılar Vazaşendə (Lələkənd) yüzlərlə hektar torpağı əkib becərirlər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan yazır. O qeyd edib ki, 2017-ci il yanvarın 1-nə İcevan rayonunun 887 nəfər əhalisi olan sərhədyanı kəndində ümumilikdə 1650 hektar kənd təsərrüfatı sahəsi var. Bunun da 1500 hektara yaxını rayon sakinləri tərəfindən becərilmir.

"Qalan 150 hektarın 75 hektarı kənd sakinlərinin evlərinin yaxınlığındakı torpaqlardır ki, bu da Vazaşen sakinləri tərəfindən becərilir və bununla da onların gündəlik çörək problemi həll edilir. Vazaşendə 60 hektara yaxın əkin sahəsi var. 1991-ci ildən indiyədək nasos stansiyası işləmir, Vazaşen torpaqlarıdır suvarılmır. Vazaşendən alınan məlumata görə, 1994-cü ildə atəşkəs əldə edildikdən sonra kəndin bir neçə yüz hektar ərazisi kəndin müdafiə mövqelərindən kənarda qalıb. Azərbaycanlılar indi bu əkin sahələrini becərirlər, orada buğda, arpa əkirlər”, – Sarkisyan yazıb.

Lələkəndin qədim adı isə Aşhigahdır. Tarixi Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub.

Kənd Yelizavetpol quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan rayonunda) yerləşir. 1935-ci ildə kənd Laləkənd (sonra Laləqyux), daha sonra ermənicə Vazaşen adlandırılıb.

Ehtimal ki, türk dillərində aşiq, açıqlıq, düzən, ya da aska alınmaz qayalı dağ sözündəndir. 1590-cı ilə aid türkcə mənbədə adı keçir.

Xəzər