Ermənistan rəsmən “Dağlıq Qarabağ problemi”ni ləğv etdi

Ermənistan Xarici İşlər Nazirliyinin saytından “Dağlıq Qarabağ problemi” bölməsi ləğv edilib.
“Cebhe.info”-nun məlumatına görə, bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkələrdə xəbər paylaşıb.
Qeyd edək ki, sayt erməni, rus, ingilis və fransız dillərində fəaliyyət göstərirdi.
“Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir: “Dağlıq Qarabağ problemi” artıq mövcud deyil”, - Melkonyan belə deyib.
Erməni mediasının yazdığına görə, bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyov Ermənistanın Müstəqillik Bəyannaməsi ilə yanaşı, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytının da Bakı üçün mübahisəli olduğunu bəyan edib.
Çünki “Dağlıq Qarabağ problemi”nə həsr olunmuş bölmədə bildirilir ki, Qarabağ Ermənistanın ayrılmaz tarixi tərkib hissəsidir.
Müşfiq Abdulla
“Cebhe.info”