Generalın oğluna vəzifə verildi - RƏSMİ

Xəbər verdiyimiz kimi, Penitensiar Xidmətdə yeni təyinat olub.
Modern.az məsələni dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Penitensiar xidmətdə rəisin müşaviri vəzifəsi yoxdur:
“Rauf Qasımzadə Strateji planlaşdırma və Monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi təyin olunub”, - açıqlamada qeyd olunub.
***
12:28
Penitensiar Xidmətdə yeni təyinat olub.
"Cebheinfo.az" Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidovun müşaviri təyin edilib.
R.Qasımzadə daha əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.
Qeyd edək ki, A.Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə - Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi kimi fəaliyyət göstərib.
"Cebheinfo.az"