İranın İrəvandakı səfiri yenə “sərhəd” dedi

İranın İrəvandakı səfiri yenə “sərhəd” dedi

"Qırmızı xətlərimiz dəyişməyib, İranın ən yüksək vəzifəli rəsmisi beynəlxalq səviyyədə tanınan sərhədlərin dəyişdirilməsinin əleyhinə çıxış edib və buna göz yummaq olmaz”.

“Cebhe.info” xəbər verir ki, bunu aprelin 16-da keçirdiyi mətbuat konfransında İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib:

“Biz hər hansı geosiyasi dəyişikliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin qəti əleyhinəyik. Əgər sərhəd problemləri varsa, o zaman ümumi təsəvvürlərə əsaslanan dialoq yolu ilə, eləcə də ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həll edilməlidir. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlərin sülh yolu ilə tanınmasının tərəfdarıyıq”, - deyə səfir qeyd edib.

Xəzər

“Cebhe.info”