Milli Məclis işini yekunlaşdırdı: Deputatlar yola salındı

Milli Məclis işini yekunlaşdırdı: Deputatlar yola salındı

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı.

“Cebhe.info” xəbər verir ki, 21 gün davam edən sessiyada 5 iclas keçirilib. Qeyd edək ki, bu, VI çağırış parlamentin də sonuncu iclasıdır.

Xatırladaq ki, Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edilib və növbədənkənar seçkilərin keçirilməsi nəzərədə tutulub.

VII çağırış Milli Məclisin formalaşması üçün növbədənkənar seçkilər keçiriləcək.

Sessiyanın yekununda Azərbaycan Dövlət Himni səsləndirildi və bununla da VI çağırış parlamenti işini bitirdi.

Vilayət Muxtar
“Cebhe.info”