Türkiyəli nazir Bakı ilə bağlı paylaşım etdi

Türkiyəli nazir Bakı ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu Bakıda səfərdədir.

"Cebheinfo.az" xəbər verir ki, o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəlib.

Uraloğlu özünün sosial media hesabında paylaşımı ilə diqqət çəkib. O, 2018-ci ildə Bakıya səfəri zamanı çəkilən foto ilə öötən gün paytaxtda çəkdirdiyi fotonu paylaşıb.

"Bakıda illər ötsə də, 2018-ci ildən 2024-cü ilə qədər tək dəyişməyən şey Azərbaycan sevgimizdir", - o paylaşımda bildirib.

"Cebheinfo.az"