Tural İsmayılov: “Havadarları Ermənistanı müharibəyə təhrik edir”

Tural İsmayılov: “Havadarları Ermənistanı müharibəyə təhrik edir”

Vətən müharibəsinin başa çatmasından 3 ilə yaxın zaman keçir. Amma hələ də Ermənistan təxribatlarına ara vermir.

Mütəmadi olaraq atəşkəsi pozur, təxribatlar törədir. Son olaraq martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.

Eyni zamanda Xocavənddə erməni terrorçularının yerləşdirildiyi ilə bağlı da görüntülər yayılıb. Belə olan halda Azərbaycan yenidən hərbi əməliyyatlara başlayacağı istisna olunmur.

Politoloq Tural İsmayılov Cebhe.info-ya açıqlamasında deyib ki, ermənilərin Azərbaycana qarşı açıqlamaları, sülh prosesini əngəlləmələri, təxribatlar törətməyi Ermənistanın xarici havadarları tərəfindən yenidən müharibəyə təhrik edildiyini deməyə əsaslar verir:

“Bütövlükdə Ermənistandan hələ də Azərbaycan ərazilərinə silah-sursat daşıması, Rusiya sülhməramlılarının gözü qarşısında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda istifadə etməsindən və bütün bunlar fonunda Ermənistanın Qarabağdakı terrorçuları dəstəkləməsi sülh prosesini sabotaj edir.

Cənab Prezident İlham Əliyev də bildirdi ki, Ermənistanda sülh üçün bu ilin sonuna qədər şans verilib. Rusiya sülhməramlılarının da fəaliyyət müddətinin başa çatması müddəti yaxınlaşıb.

Hesab edirəm ki, artıq Azərbaycanla Ermənistan arasnda sülh mütləq imzalanmalıdır. Əgər sülh olmasa, antiterror əməliyyatına başlamalıyıq. Düşünürəm ki, Ermənistanın təxribatları Azərbaycanın hərbi əməliyyatlara başlamasını labüd edir”.

Vilayət Muxtar
Cebhe.info