Türkiyə və ABŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Türkiyə və ABŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç ABŞ dövlət katibinin müavini Con Bassla Bakı ilə İrəvan arasında normallaşmanı müzakirə edib.

Görüş Con Bassın Türkiyəyə səfəri çərçivəsində Ankarada baş tutub.

“Tərəflər Türkiyə və ABŞ arasında ikitərəfli münasibətləri, həmçinin İsrailin fələstinlilərə hücumlarını, Rusiya Federasiyası ilə Ukrayna arasında müharibəni, İran və İsrail arasında gərginliyin artmasını, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər”, - deyə Türkiyə mətbuatında yayılan məlumatda bildirilir.

"Cebhe.info"