Azərbaycanda maşınlar min manat bahalaşacaq: Zaman verildi

Fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəniləcək.
Qərara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı veriləcək.
Qərara görə, minik atomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı istehsal-buraxılış ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda 700 manat haqq ödəniləcək. Hər dövlət texniki baxışı zamanı isə istehsal-buraxılış ili 4 ildən 10 ilədək olduqda 10 manat, 10 ildən 20 ilədək olduqda 20 manat, 20 ildən 30 ilədək olduqda 30 manat və 30 il və daha çox olduqda 40 manat haqq ödəniləcək.
Maraqlıdır yeni qərar güvvəyə mindiyi andan sonra avtomobil bazarında bahalaşma olacağı nə zamana gözlənilir?
Mövzü ilə bağlı “Cebhe.info”-ya nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, utilizasiya haqqına görə alınan vəsaitlər köhnə avtomobillərin qiymətinin artmasına gətirib çıxara bilər:
“Kəskin qiymət artımının olacağı gözlənilmir. Amma təxminən mart ayından, yəni Novruz bayramından sonra qiymətlərdə artım ehtimal olunur. Təxminən 3% cıvarında artım ola bilər. Əsasən Novruz tətillərindən sonra yeni idxal olunan avtomobillərin qiyməti yüksələcəkdir. Buda özlüyündə avtomobilin qiyməti ilə yanaşı ehtiyyat hissələrinin qiyməti artacaq”.
Digər nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, avtomobil alverçiləri utilizasiya haqqını öz cibindən qarşılamayacaq:
“Utilizasiya haqqı üçün ödəniləcək nə qədər vəsait olacaqsa, onu avtomobil alverçiləri alıcılardan alacaqlar. Nə qədər xərc olacaqsa, üzərinə də bir az əlavə edib alıcılarından alacaqlar. Amma kosmik bahalaşma olmayacaq. Tutaq ki, 500 manat utilizasiya haqqı ödəyibsə, 600-700 manat əlavə avtomobilin üzərində alınacaq.
Ölkəmizdə belə hallar birinci dəfə baş vermir. Qiymət artımı 500-1000 manat arasında ola bilər. Bu da özlüyündə ölkəyə gətirilən yeni avtomobillərin əvvəlki aylarla müqayisədə buraxılış ili təzə avtomobillərin sayının çoxalmasına gətirib çıxara bilər”.
Həsən Məmmədov
“Cebhe.info”