Borcumuzu təxirə sala bilərik: NECƏ?

Borcumuzu təxirə sala bilərik: NECƏ?

Bəzən insanlar maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilmir. 

Qanun bu vəziyyətlər üçün vətəndşlara ləngitmə hüququnu, yəni ödənişlərini və ya borclarını müəyyən müddət təxirə salmaq imkanı verir. Bir çox vətəndaşı maraqlandırır ki, bu hüquq nə deməkdir və necə tətbiq olunur. 

“Cebheinfo.az” xəbər verir ki, vəkil Vamiq Şükürov bu barədə danışıb. O bildirib ki, qanun bəzi hallarda bizə üzərimizə düşən və yerinə yetirməli olduğumuz vəzifəni yerinə yetirməyərək, yəni ləngitmə hüququmuzdan istifadə etməyə icazə verir: 

“Məsələn, kreditorun, bizdən tələb etmək hüququ olan şəxsin əmlakını özümüzdə saxlaya bilərik. Məsələn, saxlayıcısınız, müştəri əşyasınızı sizə saxlanca verib. Gəlib təhvil almağa, amma xdmət haqqınızı ödəmir. Belə halda siz onun əşyasını ödəniş edənə qədər özünüzdə saxlaya bilərsiniz. 

Yaxud alqı-satqı edib ev alınırsınız, müqavilə ilə ilkin ödəniş edirsiniz, sonuncu ödəniş evin təhvil verilməsindən sonra nəzərdə tutulub. Lakin satıcı evi təhvil vermir. Bu zaman biz də ödəniş etməyi dayandıra bilərik. 

Yaxud siz icarə avtomobil götürmüsünüz, avtomobili sizə 500 manat depozit alıb icarəyə veriblər. Siz hər ay icarə haqqını ödəyirsiniz. Avtomobili qaytarmaq istəyirsiniz, amma icarəyə verən sizin depoziti geri qaytarmır. Bu zaman sizə avtomobili qaytarmaq imtina edə bilərsiniz”. 

Vəkil qeyd edib ki, ləngitmə hüququndan istifadə edərkən, mütləq şəkildə yazılı bildirişlər verilməlidir: 

“Məsələn, depoziti qaytarmadığına görə avtomobili sahibinə verməkdən imtina edirsiniz. Bu zaman ona yazılı bildiriş göndərib icarəyə götürdüyünüz avtomobili geri qaytarıb depoziti almaq istədiyinizi, lakin depoziti verməkdən imtina etdiyini sahibə yazılı şəkildə bildirin. Belə hallarda işiniz məhkəməyə düşəndə, sahibi sizdən avtomobili qaytarmadığınız müddətə görə haqsız yerə ödəniş ala bilməyəcək”.

Gülər 
“Cebheinfo.az”