Gəncənin bəzi ərazilərində qaz kəsilib

Gəncə şəhərinin bəzi ərazilərində qazın verilişində fasilə yaranıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərinin bir sıra küçə və prospektlərində qazın verilişində fasilə yaranıb.
Buna həmin ərazilərdə aparılan təmir-bərpa işləri ilə bağlı olduğu bildirilib.
Qazın verilişi təmir işləri tamamlandıqdan sonra bərpa olunacaq.
"Cebheinfo.az"