Satılmır deyə qarpızları kanala atdılar - VİDEO
Rayonların birində vətəndaşlar qarpızları kanala atıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Onlar bunu etmələrinə səbəb kimi qarpızların alıcısının olmamasını göstəriblər.
Sosial şəbəkə istifadəçiləri isə vətəndaşların bu hərəkətini qınayıblar. Onlar bu hərəkətin həm israfçılıq olduğunu, həm də suyu çirkləndirdiyini bildiriblər.
Sözügedən görüntüləri təqdim edirik:
"Cebheinfo.az"