Səfa Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olundu

Səfa Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olundu

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev torpağa tapşırılıb.

Mərhumun yas mərasimi Heydər Məscidində keçirilib. 

S.Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, Səfa Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib.

O, 2022-ci il mayın 12-də yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.

"Cebheinfo.az"