"Apple"a qarşı yeni ittiham - FOTOLAR

"Apple"a qarşı yeni ittiham - FOTOLAR

Konqo Demokratik Respublikası (KDR) "Apple"-ı məhsullarında "qanunsuz istismar edilən mədənlərdən çıxarılan minerallardan" istifadə etməkdə ittiham edir.

"Cebhe.info" xəbər verir ki, Konqo Demokratik Respublikası tərəfindən təyin edilmiş hüquqşünaslar, mümkün hüquqi prosesdən əvvəl etdikləri rəsmi xəbərdarlıqda, "Bu minerallar qeyri-qanuni şəkildə hasil edilir və qaçaqmalçılıq yolu ilə Ruandaya gətirilir və burada qlobal təchizat zəncirlərinə inteqrasiya olunur" deyə bildirib. 

Rəsmi xəbərdarlıq "Apple"-ın Fransadakı iki törəmə müəssisəsinə və onun ABŞ-dəki əsas şirkətinə göndərilib.

Xatırladaq ki, "Apple" 2023-cü ilin dekabrında tədarükçüləri ilə silahlı qruplar arasında heç bir əlaqə tapa bilmədiklərini iddia edən bir hesabat dərc etmişdi. 

Nigar Hacılı 
"Cebhe.info"