Avtobusda miqrantla qanlı dava

Avtobusda miqrantla qanlı dava

Moskva avtobuslarından birində sərnişinlər arasında münaqişə dava ilə yekunlaşıb, bir nəfər kəllə-beyin travması alıb.

“Cebhe.info” “MK Podem” “Telegram” kanalına istinadən xəbər verir ki,  Zelenoqradda 400T nömrəli avtobusda “Crocus City Hall”-dakı terror aktı ilə bağlı mübahisələrə görə baş verib. 

Hadisə şahidlərinin sözlərinə görə, avtobusdakı mübahisədən sonra miqrant sprey qutusuna bənzər əşya ilə iki kişidən birini vurub. 

Paytaxt  polisinin mətbuat xidməti şəxsinsaxlanıldığını bildirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Daxili İşlər Nazirliyinin Baş İdarəsindən bildiriblər ki, zərərçəkmişə tibbi yardım göstərilib.

Xəzər 
"Cebhe.info"