Bu gün Xorvatiyada seçkilər keçirilir

Bu gün Xorvatiyada seçkilər keçirilir

Xorvatiyada xalq ümumi seçkilərdə səs vermək üçün sandıq başına gedib.

"Cebhe.info" xəbər verir ki, xorvatiyalı seçicilər yerli vaxtla saat 07:00-da ölkə daxilində və xaricdə yaradılmış seçki məntəqələrində səs verməyə başlayıblar.

Xorvatiyada 151 yerlik milli parlamentə daxil olmaq üçün 2302 namizədin mübarizə apardığı seçkilərdə səsvermə saat 19:00-da başa çatacaq.

Ölkədə 222 min 197 nəfəri xaricdə olmaqla ümumilikdə 3 milyon 733 min 283 nəfər qeydiyyatda olan seçici var.

Seçkidən əvvəl aparılan sorğulara görə, favorit kimi hakim sağ mərkəzçi partiya olan Xorvatiya Demokratik İttifaqı (HDZ) göstərilir.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) ən gənc üzvü olan Xorvatiyada hər 4 ildən bir ümumi seçkilər keçirilir.

Nigar Hacılı 
"Cebhe.info"