Rusiyada keçmiş spiker həbs olundu

Rusiyada keçmiş spiker həbs olundu

Rusiya Federasiyasının Buryatiya Respublikasında Xalq Xuralının (parlamentin) sabiq sədri Tsıren-Daşi Dorjiyev saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə "Kommersant"a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Saxlanılmanın dələduzluq ittihamı ilə bağlı olduğu qeyd olunub: “İş respublikanın rayonlarından birində sosial müəssisənin tikintisi zamanı podratçı tərəfindən büdcə vəsaitinin oğurlanması ilə bağlıdır”.

Həbslə bağlı hələlik rəsmi məlumat verilməyib.

"Cebhe.info"