Rusiyadan diktatora indi də heyvan hədiyyəsi

Rusiyadan diktatora indi də heyvan hədiyyəsi

Moskva Zooparkı ölkəyə rəsmi səfəri çərçivəsində Şimali Koreyanın Mərkəzi Zooparkına heyvanlar bağışlayacaq.

"Cebhe.info" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. 

Məlumata görə, Rusiya nümayəndə heyətinin rəhbəri hədiyyə ilə bağlı sənədi aprelin 25-də təhvil verib.

Xatırladaq ki, daha əvvəl Moskva zooparkından Svetlana Akulovanın rəhbərlik etdiyi bir nümayəndə heyətinin aprelin 22-də Pxenyana çatdığı bildirilmişdi.

Nigar Hacılı 
"Cebhe.info"