20 illik fasilədən sonra Şirvanda ilk oyun keçirilir

20 illik fasilədən sonra Şirvanda ilk oyun keçirilir

Bu gün "Şirvan OİK" komandası 20 illik fasilədən sonra ilk rəsmi oyununa çıxıb. 

"Cebhe.info" xəbər verir ki, Həvəskarlar Liqasının 1-ci turunda "Şirvan OİK" klubu "Olimpiya Ağcabədi"ni qəbul edir.

Qarşılaşma Şirvan Olimpiya Mərkəzində keçirilir.

20 ildir ki bunu anı gözləyən azarkeşlər dəstək üçün tribunalarda öz yerini alıb.

Tribuna 1000 nəfər azarkeş tutumuna malikdir.

Naibə
"Cebhe.info"