Azərbaycanda toyuq əti ucuzlaşacaq: Konkret zaman verildi

Azərbaycanda toyuq əti ucuzlaşacaq: Konkret zaman verildi

Son günlər dünya bazarında quş ətinin qiymətində ucuzlaşma müşahidə olunur. 

Azərbaycanda isə son günlər broyler istehsalı olan süfrə yumurtaları ucuzlaşaraq ədədi 10-11 qəpiyə təklif olunur. Ancaq toyuq ətində hələlik ucuzlaşma yoxdur.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli “Cebhe.info”-ya açıqlmasında bildirib ki, iyun ayından etibarən ölkəmizdə toyuq ətinin ucuzlaşması gözlənilir:

“Yumurtanın qiymətində mövsümlə ələqədər  müəyyən ucuzlaşma müşahidə olunur. Süfrə yumurtasının 1 ədədinin qiyməti hardasa 9,10 qəpiyə təklif edilir. Yenə təkrar ucuzlaşma ola bilər. Toyuq ətinin qiymətində də ucuzlaşmanı isə bazarda görmək mümkündür. Çünki bazarda satılan quş əti artıb. Bunun da səbəbi quşçuluq sektorunda istehsalda xeyli artımın olmasıdır. Bu baxımdan Qurban bayramı ərəfələrində  (iyunda) quş ətində 20-30 faz və hətta daha artıq ucuzlaşmanı proqnozlaşdıra bilərik”. 

Mürvət Həsənli əlavə edib ki, hazırda ölkəmizin toyuq ətinə olan ehtiyacının 85-90 faizi, yumurtaya olan tələbatınsa 100 faizi yerli istehsal hesabına ödənilir:

“Biz quşçular çalışırıq ki, bu ilin sonuna qədər toyuq ətinə olan daxili tələbatın ödənilməsindəki payımızın minimum həddini ən azı 92 faizə qədər qaldıraq. Təbii ki, bu da həm iqtisadiyyatımızın böyüməsinə töhfəmiz, həm də qiymət artımının aşağı salınmasına dəstəyimiz olar”. 

Həsən Məmmədov 
“Cebhe.info”