"Arka sokaklar" final edir?

"Arka sokaklar" final edir?

Türkiyənin “Kanal D” telekanalında yayımlanan “Arka sokaklar” serialının müqəddəratı müzakirə olunmağa başlayıb.

"Cebhe.info" xəbər verir ki, 18 ildir davam edən ekran işinin yeni mövsümdə də çəkilmə ehtimalı var.

Belə ki, bu mövsüm reytinqləri xeyli azalan layihənin davam edib-etməyəcəyi ilə bağlı qərar verilməyib. 

Lakin Türkiyə mətbuatına dərc olunan xəbərlərə əsasən, "Kanal D" "Arka sokaklar"ın 19-cu mövsümünün də çəkilməsini istəyir. Kanalla "Erler Film" arasında danışıqların aparılacağı qeyd olunur. 

Bununla bağlı qərarın da qarşıdakı günlərdə verilməsi gözlənilir. Əgər mənfi qərar verilsə, mövsümün sonunda ekran işinin final bölümü nümayiş olunacaq. 

Ancaq tərəflər arasında 1 illik yeni müqavilə imzalansa, "Arka sokaklar" mövsüm finalı edəcək.

Elmir Mustafa
"Cebhe.info"