Türkiyəli general: “Monitorinq Mərkəzi missiyasını uğurla davam etdirib”

Türkiyəli general: “Monitorinq Mərkəzi missiyasını uğurla davam etdirib”

Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edənə qədər Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət etmək missiyasını uğurla davam etdirib.

"Cebhe.info" xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunlarının Qərargah rəisi general Levent Ergün Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində deyib.

O bildirib ki, Azərbaycan və Ermənistanın sülh istiqamətində atdığı addımlar dünya ictimaiyyəti tərəfindən izlənilir.

Generalın sözlərinə görə, ötən 3 il ərzində birgə bayramların qeyd edilməsi, həmçinin həyata keçirilən idman və mədəni tədbirlər Türkiyə və Rusiya arasında əlaqələri daha da gücləndirib: “Odur ki, Rusiya hərbçilərinə təşəkkürümü bildirirəm”.

General, həmçinin bu müddət ərzində dəstəyini əsirgəməyən Azərbaycan Ordusunun şəxsi heyətinə, o cümlədən komandirlərinə təşəkkür edib.

"Cebhe.info"