Britaniya səfiri bir qrup azərbaycanlı jurnalistlə görüşüb

Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld bir qrup azərbaycanlı jurnalistlə görüşüb.
O bu barədə tviterdə paylaşım edib.
“Çox vacib görüşüm oldu. Azərbayacanın media nümayəndələri ilə görüşüb söhbət etdik. Hamımızı maraqlandıran məsələlər ilə bağlı maraqlı müzakirə apardıq", - o bildirib.
Qeyd edək ki, görüşdə “Report” İnformasiya Agentliyinin əməkdaşı da iştirak edib.
Cebhe.info