Azərbaycanda bir şağirdə 700 min xərclənir - ŞOK RƏQƏM

"Hazırda ölkə üzrə I-XI sinifdə təhsil alan bir şagird üçün dövlətin ayırdığı xərc təxminən 20 min manat və ya bir az aşağıdır".
"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, bu rəqəm rayonlar üçün fərqlidir:
"Məsələ, Daşkəsən rayonunda şagird sayı az olan məktəbdə təhsil alan biri üçün xərc təxminən 90 min manata yaxındır. Bundan başqa, bir şagirdi olan məktəb üçün isə bir təhsilalan üçün təhsil xərci təxminən 700 min manat təşkil edir".
Nigar
"Cebheinfo.az"